...

FIFA U-17 qadınlararası DÇ-nin Yerli Təşkilat Komitəsinin üzvləri Lənkəranda olublar (FOTO)

İdman Materials 31 Yanvar 2012 12:00 (UTC +04:00)
Yanvarın 27-də və 28-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri çempionatın bir neçə oyununun keçiriləcəyi Lənkəran şəhərinə səfər ediblər.
FIFA U-17 qadınlararası DÇ-nin Yerli Təşkilat Komitəsinin üzvləri Lənkəranda olublar (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri çempionatın bir neçə oyununun keçiriləcəyi Lənkəran şəhərinə səfər ediblər.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi FIFA nümayəndələrinin noyabrdakı son səfərindən sonra hazırlanmış hesabata uyğun olaraq, Yerli Təşkilat Komitəsinin qarşısına qoyulmuş tələbləri yerində öyrənmək və müvafiq şəkildə icra etməkdən ibarət olub.

Səfər zamanı oyunların keçiriləcəyi stadion, məşq meydançası, komandaların qalacağı mehmanxanalar və FIFA-nın müvəqqəti yerləşəcək regional baş ofisinə baxış keçirilib.

Lənkaran şəhər stadionunda və stadionətrafı yaxın sahələrdə infrastruktur, marketinq, bilet satışı, könüllülərin idarə olunması, TV və media bölmələri üzrə həmin bölmələrin direktor və mütəxəsis qrupları ilə birgə oyunun təşkili zamanı istifadə olunacaq otaqlar və stadion ətrafı sahələrin müvafiq və düzgün şəkildə paylanması müzakirə edilib. Nəticədə stadion rəhbərliyinə FİFA-nın irəli sürdüyü tələblər çatdırılıb və qısa zamanda bu işlərin görülməsi ilə bağlı iş planının hazırlanması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti