...

İtaliya modelyeri Azərbaycanın Olimpiya Oyunlarında iştirak edəcək idmançıların geyimlərinin dizaynı təqdim etdi (FOTO)

İdman Materials 28 Fevral 2012 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir M.Əliyev/

Dünya şöhrətli İtaliya modelyeri Ermanno Şervino 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edib.

Trend-in məlumatına görə, təqdimetmə mərasimində Şervinonun adını daşıyan moda evinin rəhbəri Toni Şervino bildirib ki, kostyumlar İtaliyada çox yüksək keyfiyyətlə hazırlanıb. "Paltarların tikilməsi zamanı əsas diqqəti keyfiyyətə vermişik, çünki Azərbaycan tərəfi bizim qarşımızda çox yüksək şərtlər qoyub", - Şervino deyib.

Şervino 2008-ci il Olimpiya Oyunlarında Rusiya komandasının formasını hazırlayıb.

Şervino Azərbaycanın paytaxtı ilə tanış olduğunu və Bakı şəhərində hazırda heç Avropada olmayan dinamiklik hiss edildiyini deyib.

Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə, milli atributları yüksək səviyyədə əks olunub.

2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların formalarının dizaynı üçün elan etdiyi tenderdə Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında qalib Ermanno Şervino olub. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.

Ermanno Şervino 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.

Moda dünyasının incəliklərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri-adi modelləri ilk andan zövqlü italiyalı xanımların böyük marağına səbəb oldu.

Dizayner Ermano Şervino və moda evinin rəhbəri Toni Şervinonun istedadını bir araya gətirən "Ermanno Scervino" şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda dünya moda arenasında böyük nüfuz qazanmış oldu.

"Ermanno Scervino"nun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti