...

Azərbaycanın akademik avarçəkəni Dünya Kubokunun III mərhələsində mübarizəyə başlayır

İdman Materials 14 İyun 2012 19:08 (UTC +04:00)
İyunun 15-də Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Üç gün davam edəcək yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edəcək.
Azərbaycanın akademik avarçəkəni Dünya Kubokunun III mərhələsində mübarizəyə başlayır

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 15-də Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Üç gün davam edəcək yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq.

27 yaşlı avarçəkənimiz daha 23 ölkə təmsilçisinə qarşı mübarizə aparacaq. Onlar yarışın ilk günündə 4 yarımqrupda seçmə və təsəlli yürüşlərində çıxış edəcəklər. Ertəsi gün yarımfinal, iyunun 17-də isə final yürüşləri olacaq.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış akademik avarçəkənimiz Nataliya Mustafayeva Dünya Kubokunun ilk 2 mərhələsində də mübarizə aparıb. O, I mərhələdə bürünc medal qazanıb, II mərhələdə isə 4-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti