...

FİFA rəsmisi: U-17 qadınlararası dünya çempionatına hazırlıq yüksək səviyyədədir

İdman Materials 6 İyul 2012 18:22 (UTC +04:00)
Azərbaycanda stadionlara gedərkən, infrastrukturu görərkən böyük sürprizlə qarşılaşdıq.
FİFA rəsmisi: U-17 qadınlararası dünya çempionatına hazırlıq yüksək səviyyədədir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda stadionlara gedərkən, infrastrukturu görərkən böyük sürprizlə qarşılaşdıq. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən mətbuat konfransında FİFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin sədri Hany Abo Rida bildirib.

"Belə təşkilatçılıq mənim üçün böyük bir sürpriz oldu. Bundan sonrakı işlərdə də heç bir problem olmayacağına inanıram", - o deyib.

FİFA-nın Qadın Yarışları Departamentinin rəhbəri Tatyana Haenni mətbuat konfransında bildirib ki, bir zamanlar qadın futbolu inkişaf etməyən bir ölkədə qısa zamanda böyük işlər görülüb və artıq Azərbaycanda dünya çempionatı keçirilir.

"Biz artıq Azərbaycanda qadın futbolunun sürətlə inkişaf etdiyinin şahidiyik", - o deyib.

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov bildirib ki, dünya çempionatını qəbul edəndə qarşıya DÇ-ni populyarlaşdırmaq vəzifəsi qoyulub.

"Bu səbəbdən biz Cenifer Lopez, Şakira, Rihanna kimi ulduzları dəvət etdik və onlar da məmnuniyyətlə razılaşdılar", - o deyib.

Məmmədov bildirib ki, oyunlara futbola marağı olmayan, lakin həmin ulduzların pərəstişkarları olan insanlar da gələcəklər. "Artıq çempionatın oyunlarına xaricdə 2000-ə yaxın bilet satılıb", - AFFA-nın baş katibi deyib.

Xəbər lenti

Xəbər lenti