...

Azərbaycan kuboku: "Xəzər Lənkəran" yarımfinala iddialıdır

İdman Materials 27 Fevral 2013 19:03 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib.
Azərbaycan kuboku: "Xəzər Lənkəran" yarımfinala iddialıdır

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib.

Trend-in məlumatına görə, ilk iki oyunda eyni hesablı bərabərlik qeydə alınıb:

"Qəbələ" - "Qarabağ" - 1:1
"Bakı" - "İnter" - 1:1

Bakıds keçirilən digər qarşılaşmada isə "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edib. Lənkəran təmsilçiləri hesabda geri olsalar da, matçın sonuna 17 dəqiqə qalmış Rahid Əmirquliyev və Uğur Pamukun qolları ilə önə keçməyi bacarıblar (1:2). Matç elə bu hesabla da başa çatıb.

Zaqatalada keçirilən "Simurq" - "Neftçi" oyununda isə hesab açılmayıb (0:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti