...

Ümummilli liderin 90 illik yubileyi münasibətilə keçirilən həndbol turniri böyük marağa səbəb olub (FOTO)

İdman Materials 17 Aprel 2013 17:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında həndbol turniri keçirilib.
Ümummilli liderin 90 illik yubileyi münasibətilə keçirilən həndbol turniri böyük marağa səbəb olub (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında həndbol turniri keçirilib.

Turnirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimi açan YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov yarışın Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq reallaşdırıldığını bildirib və məktəblilərə uğurlar arzulayıb.
Açılışdan sonra turnirin startı verilib.

Turnirdə 16 komanda Olimpiya sistemi üzrə öz gücünü sınayıb.

Beynəlxalq dərəcəli hakimlərin idarə etdikləri turnirin qalibi 61 nömrəli orta məktəbin həndbolçuları, ikinci və üçüncü yerlərin sahibləri isə 12 və 238 nömrəli məktəblərin komandaları olublar.

Yarış başa çatdıqdan sonra ikinci və üçüncü yerlərin sahiblərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, turnirin qalibinin mükafatlandırılması Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək ümumrayon tədbirində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti