...

Qazaxıstanlı milyarder İtaliyanın "İnter" klubuna sərmayə yatıra bilər

İdman Materials 24 Aprel 2013 15:26 (UTC +04:00)
İtaliyanın "İnter" futbol klubu yeni sərmayələrin cəlb olunması sahəsində işlər aparır. Trend-in Qazaxıstan KİV-ə istinadən verdiyi məlumata görə, namizədlərin siyahısına qazaxıstanlı milyarder Bulat Utemuratov da daxildir.
Qazaxıstanlı milyarder İtaliyanın "İnter" klubuna sərmayə yatıra bilər

Azərbaycan, Bakı, 24 aprel /Trend/

İtaliyanın "İnter" futbol klubu yeni sərmayələrin cəlb olunması sahəsində işlər aparır. Trend-in Qazaxıstan KİV-ə istinadən verdiyi məlumata görə, namizədlərin siyahısına qazaxıstanlı milyarder Bulat Utemuratov da daxildir.

"İnter"in prezidenti Massimo Moratti təsdiqləyib ki, klub xaricdən də daxil olmaqla yeni sərmayələrin cəlb olunması variantlarına baxır. Məlumatlara görə, bu siyahıda ən ideal namizəd bank, investisiya, telekommunikasiya və media sahələrində sahibkarlıqla məşğul olan 55 yaşlı qazaxıstanlı milyarder Bulat Utemuratovdur.

Qeyri-rəsmi məlumatlara görə, onun varidatı 2,2 milyard ABŞ dolları həcmində qiymətləndirilir. O, tennis idman növünün həvəskarıdır və Qazaxıstan Tennis Federasiyasının prezidentidir.

Bildirilir ki, Utemuratovun nümayəndələri son aylar ərzində bir neçə dəfə "İnter" klubunun təlim-məşq bazasında olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti