...

Vergi xidməti əməkdaşları arasında şahmat turniri başa çatıb

İdman Materials 27 Aprel 2013 16:22 (UTC +04:00)
Bu gün vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub.
Vergi xidməti əməkdaşları arasında şahmat turniri başa çatıb

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bu gün vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Turniri Vergilər Nazirliyi Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirib.

Vergilər Nazirliyinin Analitik-İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, yarışlara aprel ayının 6-da start verilib. Turnirdə nazirliyin struktur vahidlərinin əməkdaşları iştirak ediblər. Yarışlar olimpiya sistemi üzrə keçirilib.

Turnirin qalibi Vergilər Nazirliyinin Aparatından Əli Həsənov olub. Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov qalib gəlib. Turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar.

Tədbirə qatılan şahmat üzrə qrossmeyster Sərxan Quliyev yarış iştirakçıları ilə eyni zamanda oyun seansı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti