...

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Batumidə qüvvələrini sınayacaqlar

İdman Materials 4 İyul 2014 10:24 (UTC +04:00)
5-6 iyul 2014-cü il tarixdə Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Azərbaycanın gənc yunan-Roma güləşçiləri Batumidə qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 4 iyul /Trend/

5-6 iyul 2014-cü il tarixdə Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri turnirdə tam heyətlə iştirak edəcək.

Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında qonşu respublikaya Xəyyam Abdullayev (50 kq), Əli Məmmədov (55 kq), Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq), Mehrac Kərimov (74 kq), Elton Vəzirzadə (84 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) yollanıb.

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti