Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Qazaxıstanda təşkil olunan "Tour of Almaty" veloyürüşündə mübarizə aparıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı birgünlük yarışında komandamızın heyətində Elçin Əsədov, Elgün Əlizadə, Maksim Averin, Markus Eybeger, Tural İsgəndərov, Samir Cəbrayılov, Matey Müqerli və Aleksandr Surutkoviç çıxış edib.
"Astana", "Katyuşa" və "RusVelo" kimi Pro-Tur və Pro-Kontinental komandaların mübarizə apardığı yarışda iştirakçılar 31 km-lik marşrut boyunca 6 dövrə vurublar.
Nəticələrə gəlincə, ilk onluqda "Synergy Baku"nun 2 üzvü yer alıb - Matey Müqerli 7-ci, Markus Eybeger isə 9-cu yeri tutub.