...

Veloparkda Qaradağ məktəblilərinin yarışı keçirilib (FOTO)

İdman Materials 21 Noyabr 2015 14:30 (UTC +04:00)
Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə, Veloparkda Qaradağ rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Veloparkda Qaradağ məktəblilərinin yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə, Veloparkda Qaradağ rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 25 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 273 saylı orta məktəbin komandası layiq görülüb. 253 və 233 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti