...

"Manchester city" klubu Messini almaq üçün 200 milyon funt sterlinq verməyə hazırdır

İdman Materials 20 Noyabr 2016 08:30 (UTC +04:00)
İngiltərənin "Mançester city" futbol klubunun rəhbərliyi Leonel Messini almaq üçün İspaniyanın "Barcelona" futbol klubuna 200 milyon funt sterliqlik (təxminən 430 milyon manat) təklif hazırlayır
"Manchester city" klubu Messini almaq üçün 200 milyon funt sterlinq verməyə hazırdır

Bakı. Trend:

İngiltərənin "Mançester city" futbol klubunun rəhbərliyi Lionel Messini almaq üçün İspaniyanın "Barcelona" futbol klubuna 200 milyon funt sterliqlik (təxminən 430 milyon manat) təklif hazırlayır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İngiltərənin futbol klubu argetinalı oyunçuya həftəlik 500 min funt sterlinq (təxminən 1 milyon manat) maaş vermək niyyətindədir. Messinin hazırkı müqaviləsi 2018-ci ilin iyununda başa çatır.

Messi bütün peşəkar karyerasını İspan klubunda keçirib. O, "Barcelona"nın heyətində səkkiz dəfə İspaniya çempionatının, dörd dəfə ölkə Kubokunun, həmçinin dörd dəfə çempionlar Liqasının qalibi olub.

Bunlardan əlavə, Messi 5 dəfə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb.

Qeyd ədək ki, bu ilin avqustunda Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanın İtaliyanın "Juventus" klubundan İngiltərənin "Manchester United" klubuna keçidi futbol tarixində ən bahalı transfer oldu. Sövdələşmənin məbləği 105 milyon avro (təxminən 190 milyon manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti