Bakı. Trend:
Fevralın 18-19-da Bakıda batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kuboku keçirilib.
Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edib.
Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.
Trend yarışlarda yaddaqalan məqamları əks etdirən fotogörüntüləri təqdim edir.
FOTO – Zaur Mustafayev