...

Karateçimiz İslamiadanı bürünc medalla başa vurdu

İdman Materials 14 May 2017 20:42 (UTC +04:00)
Azərbaycan karateçisi Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında bürüc medal qazanıb.
Karateçimiz İslamiadanı bürünc medalla başa vurdu

Bakı. Trend:

Azərbaycan karateçisi Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında bürüc medal qazanıb.

Trend-in məlumatına görə, +84 kq çəki dərəcəsində mübarizə aparan karateçilərin bürünc medal uğrunda görüşündə idmançımız Asiman Qurbanlı Səudiyyə Ərəbistanı təmsilçisi Tariq Həmidi ilə üz-üzə gəlib.

Çətin döyüşdən karateçimiz qalib ayrılıb - 4:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti