...

Bakı-2017: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı

İdman Materials 15 May 2017 19:37 (UTC +04:00)
Bense Talas Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında turnik üzərində hərəkətlərin yekunu üzrə bütün rəqiblərindən üstün olub.
Bakı-2017: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan təmsilçisi Bense Talas Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında turnik üzərində hərəkətlərin yekunu üzrə bütün rəqiblərindən üstün olub.

Trend-in məlumatına görə, B.Talas finalda 14.000 bal toplayaraq qızıl medal qazanıb. Bu, gimnastımızın İslamiadada qazandığı ikinci qızıldır.

İkinci və üçüncü yerləri isə Türkiyə idmançıları, müvafiq olaraq, Fərhad Arican (13.250) və Əhməd Öndər (13.200) tutublar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti