...

UEFA Avropa Liqasının qalibi müəyyənləşib

İdman Materials 27 May 2021 01:57 (UTC +04:00)
UEFA Avropa Liqasının qalibi müəyyənləşib

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.

Trend-in məlumatına görə, finalda İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" klubları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib. Qolları "Vilyarreal"ın heyətində X.Moreno (29-cu dəqiqə), "Mançester Yunayterd"in heyətində isə E.Kavani (55-ci dəqiqə) vurublar.

Əlavə vaxtda da heç bir komanda hesabda önə keçə bilməyib və 1:1 hesablı heç-heçə davam edib.

"Vilyarreal" penalti seriyasında 11:10 hesabı ilə qələbə qazanaraq UEFA Avropa Liqasının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti