...

"Şamaxı"nın baş məşqçisinin istefası qəbul olundu

İdman Materials 16 Aprel 2022 13:37 (UTC +04:00)
"Şamaxı"nın  baş məşqçisinin istefası qəbul olundu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Şamaxı" Futbol Klubunun baş məşqçisi Sənan Qurbanov dünən keçirilmiş “Qarabağ”-“Şamaxı” oyunundan sonra tutduğu vəzifədən istefa verib.

Trend xəbər verir ki, bu gün klub rəhbərliyi baş məşqçinin bu qərarını müzakirə edib və Sənan Qurbanovun istefasını qəbul edib.

Klub rəhbərliyinin digər qərarı ilə əsas komandanın baş məşqçisinin vəzifəsinin icrası Rüstəm Əliyevə, ikinci komandanın baş məşqçisinin vəzifəsinin icrası isə Rail Məlikova həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti