...

“Olimpiakos” klubu “Qarabağ”la oyunu öncəsi itki ilə üzləşib

İdman Materials 10 Oktyabr 2022 22:58 (UTC +04:00)
“Olimpiakos” klubu “Qarabağ”la oyunu öncəsi itki ilə üzləşib

Bakı. Trend:

Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la dördüncü tur oyunu öncəsi itki ilə üzləşib.

Trend-in məlumatına görə, Yunanıstan çempionatının yeddinci turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti