...

“Olimpiakos” və “Real Madrid” Avroliqanın finalında

İdman Materials 20 May 2023 02:00 (UTC +04:00)
“Olimpiakos” və “Real Madrid” Avroliqanın finalında

Bakı. Trend:

Basketbol üzrə Avroliqanın finalçıları bəlli olub.

Trend xəbər verir ki, turnirin yarımfinal mərhələsində Yunanıstanın “Olimpiakos” komandası “Monako”ya 76:62, İspaniyanın “Real Madrid” klubu “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib.

“Olimpiakos” – “Real Madrid” final matçı mayın 21-də Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçiriləcək. “Monako” və “Barselona” komandaları arasında qarşılaşma da həmin gün oynanılacaq.

Avroliqanın son qalibi Türkiyənin “Anadolu Efes” klubudur. “Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti