...

Atletimiz Zaur Cəfərov Moskvada keçiriləcək pauerliftinq üzrə beynəlxalq turnirə dəvət alıb

İdman Materials 4 Avqust 2023 03:12 (UTC +04:00)
Atletimiz Zaur Cəfərov Moskvada keçiriləcək pauerliftinq üzrə beynəlxalq turnirə dəvət alıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 19-20-də Rusiyanin paytaxtı Moskva şəhərində pauerliftinq üzrə Qran-Pri turniri keçiriləcək.

Trend xəbər verir ki, turnirdə ölkəmizi 6 qat dünya və 6 qat Avropa çempionumuz Zaur Cəfərov (125 kq) təmsil edəcək.

İki gün davam edəcək turnirdə Qazaxıstan, Gürcüstan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 300-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti