...

“Neftçi” basketbol klubu Dünya Qadın Seriyasının Melilya mərhələsinin qalibi olub

İdman Materials 20 Avqust 2023 00:14 (UTC +04:00)
“Neftçi” basketbol klubu Dünya Qadın Seriyasının Melilya mərhələsinin qalibi olub

Bakı. Trend:

İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi avqustun 19-da yekunlaşıb.

Trend-in məlumatına görə, Melilya mərhələsinin final oyununda təmsilçimiz "Neftçi", ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.

"Neftçi" nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi" nin növbəti oyunları avqustun 22-də doğma Bakımızda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti