...

"Fənərbağça" Türkiyə çempionatında ardıcıl doqquzuncu qələbəsini qazanıb

İdman Materials 22 Oktyabr 2023 22:59 (UTC +04:00)
"Fənərbağça" Türkiyə çempionatında ardıcıl doqquzuncu qələbəsini qazanıb

Bakı. Trend:

Türkiyə Superliqasında IX turun oyunları davam edir.

Trend-in məlumatına görə, bu gün daha dörd oyun keçirilib.

Çempionatın lider komandası "Fənərbağça" öz meydanında "Hatayspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar. Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Hatay təmsilçisinin heyətində meydana start heyətində çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov sonadək əvəzlənmədən oynayıb.

Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan "Fənərbağça" turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 14 xalla altıncıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti