...

Avropa çempionatı: Azərbaycanın şahmat yığmaları növbəti qələbəni qazanıblar

İdman Materials 14 Noyabr 2023 03:04 (UTC +04:00)
Avropa çempionatı: Azərbaycanın şahmat yığmaları növbəti qələbəni qazanıblar

Bakı. Trend:

Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun oyunları keçirilib.

Trend xəbər verir ki, II turda Slovakiyaya qalib gələn kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçlə üz-üzə gəlib. Yığma 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Rauf Məmmədov Tiqr Perrsona, Şəhriyar Məmmədyarov Erik Blomqvistə, Vasif Durarbəyli Hampus Sorensene qalib gəlib. Teymur Rəcəbov isə heç-heçəyə razılaşıb.

Hesabat turunda Niderlandı məğlub edən qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu turda da Polşa yığmasını üstələyib - 3:1. Ülviyyə Fətəliyeva və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər. Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ediblər.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-i yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti