...

“Asstra” holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

İqtisadiyyat Materials 22 İyun 2017 18:04 (UTC +04:00)
“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir.
“Asstra” holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

Bakı. Trend:

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir.

Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət nəqliyyat və logistika sahəsində ekspertdir və müştərilərə cəlbedici qiymətlər üzrə və fərdi tələbləri nəzərə almaqla optimal və səmərəli logistik həllər təklif edir.

Hazırda “AsstrA” MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub və müxtəlif nəqliyyat vasitələri ilə “qapıdan qapıyadək” beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir.

“AsstrA” fəaliyyət göstərdiyi illər ərzində özünü logistika sahəsində etibarlı tərəfdaş və peşəkar kimi tanıdıb. Bunu şirkətin Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası kimi tanınmış beynəlxalq təşkilatlarda üzvlüyü, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malik olması təsdiq edir.

Logistika sahəsində çoxillik təcrübəyə malik olan “AsstrA” Azərbaycan, Türkmənistan, Türkiyə və İran bazarlarında iştirakını gücləndirir. Yaranmış ilkin şərtlər, yəni iri beynəlxalq şirkətlərin bazara çıxışı və ya çıxış planları barədə çoxsaylı bəyanatları, habelə müştərilərimizin sorğuları biznesin bu bölgələrdə fəallaşmasına yol açır.

Xidmətlərin yüksək keyfiyyətini təmin etmək və müştrərilərimizin fərdi tələbatlarını qarşılamaq məqsədi ilə Asiya ölkələri ilə iş üzrə şöbələr yaradılıb. 2016-cı ilin sonunda İstanbulda ofis açılıb, Bakı, Aşqabad və Tehrandakı nümayəndələr uğurla çalışırlar. “AsstrA”nın bütün mütəxəssisləri həmin bölgələrin biznesinə xas xüsusiyyətlə tanışdırlar. Onlar real və potensial müştərilərə bu regionun bazarının xüsusiyyətini nəzərə alan nəqliyyat-logistik həllər təklif edirlər.

“AsstrA”nın nümayəndəliklərində həm yerli dili, həm də bir neçə əcnəbi dili bilən peşəkarlar işləyirlər. Bu bizə müştərinin olduğu yerdən və saat qurşağından asılı olmayaraq onunla sutkanın 24 saatı ərzində əlaqə yaratmağa imkan verir. Yüksəkixtisaslı mütəxəssislərimiz nəqliyyat xərclərinin optimallaşdırılması və alternativ həllərin axtarışı məqsədi ilə müştərilərimizə konsultasiyalar verirlər. Etibarlı nəqliyyat şirkətləri ilə əməkdaşlıq sayəsində müştərilərimiz hətta ən gözlənilməz şəraitdə belə İsveçrə keyfiyyəti üzrə xidmət görürlər. Şirkət logistika sahəsində unikal təkliflər verməklə 2017-ci ildə bu ölkələrdə dövriyyəni ötən illə müqayisədə 40 faiz artırmağı planlaşdırır. Və bu planların gerçəkləşməsi nəsib olacaq.

Azərbaycan regionda siyasi baxımdan ən nüfuzlu və iqtisadi potensial üzrə isə ən iri ölkələrdən biridir. Ölkə sərmayə və istehlak malları, təbii resurslar və faydalı qazıntıların ən önəmli idxalçısı və ixracatçısıdır. Azərbaycanda transsərhəd ticarətin artım tempi orta dünya göstəricisindən xeyli yüksəkdir, bu da ölkənin bazarlarını beynəlxalq logistika şirkətləri üçün cəzbedici edir.

2015-ci ildə Azərbaycanın dünyanın 126 ölkəsi ilə xarici ticarət dövriyyəsi 7,7 milyard ABŞ dolları təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 15,4 faiz artıb. İxrac və idxalda bu göstəricilər müvafiq olaraq 4,3 milyard ABŞ dolları (+12,4 faiz) və 3,4 milyard ABŞ dolları (+23,4 faiz) təşkil edib. Azərbaycanın xarici ticarətinin müsbət saldosu 867,2 milyon ABŞ dolları olub.

İdxal strukturunda dəyərlə ifadədə əsas xüsusi çəkini nəqliyyat və onların ehtiyat hissələri (23,6 faiz), maşınlar, mexanizmlər, elektrik aparatı, avadanlığı və onların ehtiyat hissələri (21,1 faiz), qara metallar və onlardan hazırlanmış məmulatlar (16,3 faiz), qida məhsulları (12,0 faiz) təşkil edib.

Azərbaycan idxal və ixracın dövriyyəsini artırmağa davam edir, yeni strateji layihələr tətbiq edir. Biz bu amili nəzərə alaraq göstərilən marşrutlarda təklif edilən logistik həlləri təkmilləşdirdik. Şirkətimiz nəqliyyatın bütün növlərindən istifadə etməklə Azərbaycana və əks istiqamətdə yüklərin istənilən növünün daşınması üzrə “qapıdan qapıyadək” optimal həllər təklif edir.

“AsstrA” Azərbaycanda dəniz yolu ilə daşımaları Bakı və Ələt limanları vasitəsilə Türkmənistan, Qazaxıstan, İran, Rusiyaya və əks istiqamətlər üzrə həyata keçirir. Azərbaycanda avtomobil daşımaları Böyük Kəsik (Gürcüstan ilə sərhəd), Samur (Rusiya ilə sərhəd) sərhəd keçidləri, Sədərək kəndi, Culfa şəhəri, Naxçıvan Muxtar Respublikası (Türkiyə və İranla sərhəd), Astara, Biləsuvar və Culfa (İranla sərhəd) şəhərləri vasitəsi ilə təşkil edilir. Azərbaycana və əks istiqamət üzrə hava yolu ilə daşımalar Heydər Əliyev adına karqo terminalında cəmlənib. Dəmir yolu daşımaları GUAM və Şimal-Cənub nəqliyyat dəhlizindən keçir. “AsstrA”nın mütəxəssisləri bir neçə nəqliyyat növündən, məsələn, dəniz və avtomobil, yaxud dəniz və dəmir yolundan istifadə edilərək reallaşdırılan kombinə edilmiş tədarük sxemləri zamanı Gürcüstanın Poti və Batumi limanlarından yararlanırlar.

Xidmətlərimizin yüksək keyfiyyətini müxtəlif region və sahələrdən olan daimi müştərilərin müsbət rəyləri və təşəkkürləri təsdiq edir.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün:

Email: [email protected],

Моб.: +994 55 813 59 74

WhatsApp & Viber: +48 576147796

Website: http://www.asstra.com/az/

Fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Xəbər lenti

Xəbər lenti