...

Azərbaycanlı istehsalçılardan bir sıra vergi və rüsumlarla təklif var

İqtisadiyyat Materials 24 Dekabr 2017 09:23 (UTC +04:00)
Azərbaycanın Tikinti Materialları İstehsalçıları Assosiasiyası ölkə daxilində məhsul istehsalı üçün lazım olan xammal idxalını gömrük rüsumlarından azad etməyi təklif edir.
Azərbaycanlı istehsalçılardan bir sıra vergi və rüsumlarla təklif var

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın Tikinti Materialları İstehsalçıları Assosiasiyası ölkə daxilində məhsul istehsalı üçün lazım olan xammal idxalını gömrük rüsumlarından azad etməyi təklif edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Assosiasiyanın sədri, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, bu, məhsulun maya dəyərini azaltmağa imkan verəcək.

Assosiasiya rəhbəri şirkətlərin nəqliyyat xərcləri ilə bağlı problemi də qeyd edib: “Tikinti materiallarının maya dəyərinin 30 faizə yaxınını nəqliyyat xərcləri təşkil edir. Nəqliyyat xərcləri maya dəyərinin beş faizini təşkil etməlidir”.

E.Bəşirov üçüncü aktual məsələ olaraq, yerin təkindən istifadə vergisini qeyd edib:

"Azərbaycanda müəssisələr təkcə yerin təkindən istifadə üçün icazəyə görə yox, həm də ondan istifadəyə görə ödəniş etməlidir. Buna əlavə olaraq, ölkədə torpaq və mədən vergiləri də mövcuddur".

E.Bəşirov hesab edir ki, vergi yalnız yerin təkindən istifadə üçün tətbiq olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti