...

CCIAF EKVITA ilə birgə 2019-cu ilin ilk aylıq biznes qəhvəaltısını təşkil edib (FOTO)

İqtisadiyyat Materials 4 Fevral 2019 14:30 (UTC +04:00)
24 yanvar 2019-ci il tarixində Korporativ Cinayət Məsuliyyətinə həsr olunmuş CCIAF-in EKVITA ilə birgə təşkil edilmiş 2019-cu ilin ilk aylıq biznes qəhvəaltısı JW Absheron Marriott Hotel-də keçirilib.
CCIAF EKVITA ilə birgə 2019-cu ilin ilk aylıq biznes qəhvəaltısını təşkil edib (FOTO)

Bakı. Trend:

24 yanvar 2019-ci il tarixində Korporativ Cinayət Məsuliyyətinə həsr olunmuş CCIAF-in EKVITA ilə birgə təşkil edilmiş 2019-cu ilin ilk aylıq biznes qəhvəaltısı JW Absheron Marriott Hotel-də keçirilib.

Tədbiri dəyərli qonaqları salamlayaraq EKVITA Direktoru İlqar Mehti açıb və bu kimi görüşlərin vacibliyini və nəticə etibarı ilə ünsiyyət və mübadilələrin əhəmiyyətli yeniliklər üçün unikal imkan olduğunu qeyd edib.

Bundan sonra EKVITA-nın Hüquq meneceri Ruslan Bayramov Korporativ məsuliyyət, onun tarixi inkişafı və qlobal meylləri ilə tanış etmək məqsədilə Korporativ Cəza məsuliyyətinə dair geniş təqdimat verib. Təqdimatda ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin korporativ cinayətlər, cəzalar və cinayətlərin qarşısının alınması üsulları haqqında ümumi məlumat verilib.

Təqdimatdan sonra interaktiv sual-cavab sessiyası çərçivəsində maraqlı suallar verərək və təcrübələrini bölüşərək iştirakçı və məruzəçilər arasında ünsiyyət qurulub.

EKVITA.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti