...

Azərbaycan neftinin QİYMƏTİ ucuzlaşdı

İqtisadiyyat Materials 26 Fevral 2019 23:45 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-i 66,24 dollar/barel təşkil edib.
Azərbaycan neftinin QİYMƏTİ ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-i 66,24 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,25 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,41 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,16 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 2,91 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti