...

98 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

İqtisadiyyat Materials 20 May 2019 16:45 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-də hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda 98 dövlət əmlakı üzrə seçim fürsəti yaradılıb. Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m-dir. Ucar şəhəri, H.Sultanov küçəsindəki dövlət müəssisəsinin ümumi faydalı sahəsi 189.4 kv.m-dir. Tikiş fabrikinin filialı olan əmlak 5 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Sərmayəçi tərəfindən investisiyanın yatırılması və yenidən qurulması bu dövlət əmlakını yüngül sənaye sahəsində gəlirli obyektə çevirə bilər.

Budəfəki hərraca səhmdar cəmiyyətlərinin səhmlərinin 30% ilə 45% arasında olan səhm paketləri də çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir. Xırdalan şəhəri, 27-ci məhəllədəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 53.2 kv.m-dir. Xidmət və ofis obyekti kimi istifadə uyğun olan dövlət əmlakı üçün təyin olunan ilkin qiymət 14 min manatdır.

Hərracda avtomobil sahibi olmaq istəyənlər üçün də geniş seçim imkanları var. Belə ki, buraxılış tarixləri 1995-2007 aralığında olan nəqliyyat vasitələri arasında "Nissan", "Hyundai", "Ford", "Daewoo" və digər markalardan olan avtomobillər var. Bu növ dövlət əmlakları üçün təyin olunan ilkin qiymət 1000 manat ilə 6 min manat arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti