...

AQTA əməkdaşları Gəncədə sahibkarlarla görüşüb (FOTO)

İqtisadiyyat Materials 21 May 2019 16:17 (UTC +04:00)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Agentliyin əməkdaşları növbəti dəfə Gəncədə sahibkarlarla görüşüblər.

Görüşdə Gəncə və ətraf rayondan olan 100-ə yaxın sahibkar iştirak edib. Agentliyin əməkdaşları onlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat veriblər.

Tədbirdə qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb. Həmçinin, müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi tədbir iştirakçıların diqqətinə çatdırılıb.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti