Bakı. Trend:
Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.