...

Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

İqtisadiyyat Materials 15 Yanvar 2020 12:08 (UTC +04:00)
2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib
Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

N.Arpadarai bildirib ki, yarış ilk keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb: "Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır".

N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti