...

Mikayıl Cabbarov: Səyyar vergi yoxlamalarının sayı kəskin azalıb

İqtisadiyyat Materials 11 Fevral 2020 18:07 (UTC +04:00)
2019-cu ildə hər min fəal vergi ödəyicisinə iki səyyar vergi yoxlaması düşüb
Mikayıl Cabbarov: Səyyar vergi yoxlamalarının sayı kəskin azalıb

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ildə hər min fəal vergi ödəyicisinə iki səyyar vergi yoxlaması düşüb.

Trend-in məlumatına görə, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, ümumilikdə səyyar vergi yoxlamalarının sayı 44 faiz azalıb, bütün vergilərin təxminən 91 faizi isə könüllü ödənilib. Bundan başqa, ötən il əlavə hesablanmış ödənişlərdə 18 faiz artım müşahidə edilib:

“Ümumilikdə, 2019-cu ildə vergi daxilolmaları proqnozu 4,9 faiz üstələyib ki, bu da milli iqtisadiyyatda tam şəffaflığa keçidin müsbət tendensiyasını göstərir”.

M.Cabbarov əlavə edib ki, şəffaflıq kontekstində sosial ödənişlər də artıb:

“Məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə sığorta hallarının sayı müvafiq olaraq 24 və 40 faiz artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti