Bakı. Trend:
Azərbaycan Rusiyanın Rostov vilayəti ilə iqtisadi münasibətləri genişləndirir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığın inkişafına həsr edilmiş biznes-forumda bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda yol-nəqliyyat infrastruktutuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub:
"Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycana üçün böyük maraq kəsb edir. Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər”.
Nazir Rostovdan olan iş adamlarını iqtisadiyyata pul qoymağa çağırıb: “Azərbaycan xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçirir”.