...

Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır

İqtisadiyyat Materials 25 Aprel 2020 17:45 (UTC +04:00)
Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri də məhz məşğulluğun qorunması ilə bağlıdır.

Maliyyə dəstəyinin verildiyi ilk gündən İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar bu istiqamət üzrə fəaliyyət göstərir və nəzarət tədbirlərini həyata keçirir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət tərəfindən sahibkarlara verilən kompensasiyaların işçilərə ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirərkən deyib .

Onun sözlərinə görə, bu proses davamlı olacaq: "Əminəm ki, istədiyimiz effektə nail olacağıq".

Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub-tutulması ilə bağlı məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, pandemiyadan zərər çəkən müəssisələr sırasına poliqrafiya və çap sahələri də daxil edilib:

"Dövlət dəstəyi almaq üçün onlar sistemə müraciət etməlidirlər. Müraciətə çox qısa müddətə baxılacaq və təhlil apardıqdan sonra maliyyələşmə aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti