...

“Gardashlar Mebel” şirkəti “YAŞAT” fonduna vəsait köçürüb

İqtisadiyyat Materials 17 Dekabr 2020 13:17 (UTC +04:00)
“Gardashlar Mebel” şirkəti  “YAŞAT” fonduna vəsait köçürüb

Bakı. Trend:

“Gardashlar Mebel” şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fonduna vəsait köçürüb.

Xatırladaq ki, "Gardashlar Mebel" hər zaman xeyriyyə kampaniyalarında yaxından iştirak etmişdir.

Şirkət daha öncə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” və Azərbaycan Ordusuna dəstək üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fondu”na da müəyyən məbləğdə ianə köçürmüşdür.

“Gardashlar Mebel” şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab Ali Baş Komandanımız İlham Əliyev və xalqımızın yanındayıq. 44 Günlük Vətən Müharibəsi zamanı bir sıra əməkdaşlarımız torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşularaq könüllü döyüş bölgəsinə yollanmışdır. Bu müddətdə Şirkətimiz tərəfindən əməkdaşlarımızın iş yeri və əmək haqqısı tam saxlanılmış, eyni zamanda ailə üzvlərinin maddi vəziyyəti ilə yaxından maraqlanılmışdır.- deyə şirkət rəhbəri Əli Mirzəyev bildirib.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq Gardashlar Mebel fəaliyyətini onlayn formada davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti