...

Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşıb - SƏBƏB

İqtisadiyyat Materials 26 Aprel 2021 20:51 (UTC +04:00)
Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşıb - SƏBƏB

Bakı. Elçin Mehdiyev – Trend:

Pandemiya Bakıda kommersiya obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend--ə deyib ki, mart ayında kommersiya obyektlərinin qiyməti 2,51% ucuzlaşıb.

Kommersiya obyektlərinin orta qiyməti 2917 manat/kv.m təşkil edib.

Ekspert bildirib ki, pandemiya səbəbindən bir sıra ticarət obyektləri işləmədiyi üçün ticarət obyektlərinə tələbat da azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti