...

“International Finance” jurnalı Petkim-i “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görüb

İqtisadiyyat Materials 28 Aprel 2021 15:17 (UTC +04:00)
“International Finance” jurnalı Petkim-i “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görüb

Bakı. Orxan Nəbiyev - Trend:

SOCAR Türkiyə eyni zamanda iki beynəlxalq maliyyə mükafatı alıb

Petkim “International Finance” jurnalının Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində verdiyi “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına, SOCAR Türkiyə Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkaya isə “Ən yaxşı qadın maliyyə direktoru” mükafatına layiq görülüb.

SOCAR-dan Trend-ə bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru SOCAR Türkiyə dünya şöhrətli, nüfuzlu “International Finance” jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları (International Finance Awards) çərçivəsində bu il iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb. Mərkəzi İngiltərədə yerləşən jurnalın “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” (Best Working Capital Management) mükafatatı Türkiyədə Petkimə, “Ən yaxşı qadın maliyyə direktoru” (Best Women CFO) mükafatı isə SOCAR Türkiyə Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkayaya verilib.

“BU MÜKAFATLARIN PANDEMİYA KİMİ ÇƏTİN BİR DÖVRDƏ VERİLMƏSİ ÇOX DƏYƏRLİDİR”

Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının eyni zamanda iki mükafatına layiq görülməyinin qürurverici olduğunu deyən SOCAR Türkiyə Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və Petkim-in baş maliyyə direktoru Elçin İbadov bildirmişdir: “Bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi Petkim bu müddətdə SOCAR Türkiyənin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək, neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin etmə üstünlüyünə sahib oldu. Bunun sayəsində Petkim logistika xərclərində ciddi qənaətə nail oldu. Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarəedilməsinin təsiri ilə Petkim olduqca uğurlu maliyyə nəticələrinə imza atdı. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 milyard TL-yə çatdıran Petkim-in ehtiyatlar, debitor borcları, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq.”

“BEST WOMEN CFO” MÜKAFATI SARIKAYAYA VERİLDİ

“International Finance” jurnalının Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində “Best Women CFO” kateqoriyasında təqdim etdiyi mükafata isə SOCAR Türkiyə Təbii Qaz Bölməsinin baş maliyyə direktoru Betül Sarıkaya layiq görülüb. 2019-cu ilin iyununda Bursagaz, Kayserigaz, EWE Enerji, Enervis və Millenicom-un satınalma prosesi başa çatdıqdan sonra Təbii Qaz Bölməsi tərkibində fəaliyyət göstərən şirkətlərdə davam edən inteqrasiya prosesi 2021-ci ilin fevralında tamamlandı. Bu prosesdə Sarıkaya maliyyə sahəsində uğurlu fəaliyyəti ilə seçilən şəxslərdən biri kimi ön plana çıxdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti