...

Bakıda ticarət obyektlərininin qiyməti bahalaşıb

İqtisadiyyat Materials 14 Avqust 2021 10:02 (UTC +04:00)
Bakıda ticarət obyektlərininin qiyməti bahalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

İyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri bahalaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış qiyməti iyun ayı ilə müqayisədə 2.43% bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.93% bahalaşma qeydə alınıb.

Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi iyul ayı ərzində əvvəlki ayla müqayisədə 0.7%, ötən illə müqayisədə isə 3.23% bahalaşıb.

N.İbrahimov bildirib ki, kommersiya obyektlərinin bahalaşmasının səbəblərindən biri də karantin qaydalarının yumşaldılması olub. Belə ki, karantin qaydalarının yumşaldılması bazarda aktivliyi artırıb ki, bu da qiymətlərə təsirsiz ötüşməyib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti