...

Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir

İqtisadiyyat Materials 23 Dekabr 2021 13:18 (UTC +04:00)
Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir

Bakı. Humay Ağacanova - Trend:

Bosniya və Herseqovinalı həmkarımla müzakirələrimiz arasında iqtisadi aspekt önəmli yer tutdu.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda iqtisadi sahədə əməkdaşlıq qaneedici deyil və bu istiqamətdə işlər görüləcək:

"Bugün həmçinin ölkələr arasında mövcud müqavilələrə nəzər salındı. Hesab edirəm ki, gələcəkdə önəmli müqavilələrin şahidi olacağıq", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti