...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 12 Mart 2022 10:38 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 116,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 115,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 118,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti