...

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb

İqtisadiyyat Materials 15 Mart 2022 11:55 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qonşu ölkələrin maliyyə bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

“Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”, - deyə o bildirib.

Ə.Əsədov əlavə edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb və ərzaq ehtiyatlarının artırılması istiqamətində zəruri tədbirlər görülür. "Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan vəziyyətə uğyun qabaqlayıcı tədbirlər həyata keçirilir", - Baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti