...

Gəlir vergisinin 5000 manata qədər artırılması təklif olunur - Samir Şərifov

İqtisadiyyat Materials 4 Noyabr 2022 16:58 (UTC +04:00)
Gəlir vergisinin 5000 manata qədər artırılması təklif olunur - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputalar tərəfindən gəlir vergisinin 2500 manatdan 5000 manata qədər artırılması təklif olunur. Gəlir vergisi hazırda dövlət və neft sektorunda çalışanlara şamil edilir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bugünkü birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zamanı deyib.

“Qeyri-neft, qeyri-dövlət sektorunda böyük addım atılaraq sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər 8 min manatadək 0 gəlir vergisi ödənilir. Bunun daha geniş kütləyə şamil edilməsinin, zənnimizcə, ilk növbədə, maliyyə tərəfini hesbalamalıyıq. İlkin hesablamalarımıza görə, təklif qəbul edilərsə, bu, dövlət büdcəsində 150 mln. manat itki ilə nəticələnəcək. Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək bunu dəyərləndirək”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti