...

İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi ikinci oxunuşda təsdiq edilib

İqtisadiyyat Materials 25 Noyabr 2022 13:08 (UTC +04:00)
İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi ikinci oxunuşda təsdiq edilib

Bakı. Trend:

Azərbaycanda növbəti il üçün İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2023-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 212,7 mln. manat nəzərdə tutulub ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%, 2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə isə 17,3% çoxdur.

Qanun layihəsinə görə, Fondun növbəti ildə gəlirlərinin 75,0%-i işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i isə sair gəlirlərin hesabına formalaşacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs (Agentlik) tərəfindən təqdim olunmuş məlumatlara əsasən 2022-ci ilin I yarısı üzrə Fondun gəlirləri 82,0 mln. manat təşkil etmiş, əvvəlki illərdə istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə vəsait yönəldilməmişdir. Bu isə Fondun cari il üzrə proqnozlaşdırılmış cəmi gəlirlərinin 45,2%-nə bərabərdir. Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti