...

Azərbaycanın nəqliyyat infrastrukturu daha böyük həcmdə yüklərin aşırılmasına hazırdır - Natiq Şirinov

İqtisadiyyat Materials 15 Mart 2023 15:51 (UTC +04:00)
Azərbaycanın nəqliyyat infrastrukturu daha böyük həcmdə yüklərin aşırılmasına hazırdır - Natiq Şirinov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın nəqliyyat infrastrukturu indikindən daha böyük həcmdə yüklərin aşırılmasına hazırdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, Bakı limanının yüklərin aşırılması üzrə imkanları 15 milyon ton təşkil edir, gələcəkdə isə bu göstəricini 25 milyon tona çatdırmaq planlaşdırılır.

"Əminik ki, regionumuzdakı ölkələr arasında rəqəmsallaşma sahəsində qarşılıqlı əməkdaşlıq daha böyük həcmdə yüklərin cəlb olunmasına və nəqliyyat infrastrukturumuzun malik olduğu potensialın əldə olunmasına səbəb olacaq", - Şirinov deyib.

O, DGK-nın istifadəyə verməyi planlaşdırdığı portalın daşınan yüklər barəsində təhlükəsiz məlumat mübadiləsinə imkan yaradacağını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti