...

Azərbaycan Orta Dəhlizlə bağlı dövlət-özəl tərəfdaşlığını genişləndirir

İqtisadiyyat Materials 16 İyun 2023 14:14 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizlə bağlı dövlət-özəl tərəfdaşlığını genişləndirir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun) inkişafı kontekstində dövlət-özəl tərəfdaşlığını genişləndirməyi planlaşdırır.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev Dünya Bankının hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, Orta Dəhliz baxımından qlobal investorların ölkəyə maraq göstərdiyi müşahidə olunur.

"Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar dünya iqtisadiyyatında baş verənlər, investisiya, nəqliyyat, tranzit sahələrində dəyişikliklər qlobal iqtisadiyyatda formalaşmış mənzərənin dəyişməsinə səbəb oldu. Bu kontekstdə Azərbaycanın və regionun qarşısında yeni iqtisadi imkanlar açıldı. Bu imkanların reallaşdırılması üçün hökumət böyük işlər görür. Orta Dəhliz bizim üçün yeni ixrac bazarlarına çıxış, qeyri-neft məhsulları bazarlarının diversifikasiyası deməkdir", - deyə X.Abdullayev qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti