...

Azərbaycanda elektrik enerjisi sahəsində 1,7 faizlik artım olub

İqtisadiyyat Materials 19 Avqust 2023 05:11 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi sahəsində 1,7 faizlik artım olub

Bakı. Trend:

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda bu ilin yanvar-iyul aylarında 1743,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 318,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti