...

Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat Materials 17 Yanvar 2024 17:21 (UTC +04:00)
Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb.

Trend xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Davos İqtisadi Forumu çərçivəsində TikTok şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti