...

Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib

İqtisadiyyat Materials 18 Yanvar 2024 11:00 (UTC +04:00)
Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib

Bakı. Trend:

Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti