...

Laçın şəhərindən bu kəndlərə marşrutlar işləyəcək

İqtisadiyyat Materials 1 Fevral 2024 10:12 (UTC +04:00)
Laçın şəhərindən bu kəndlərə marşrutlar işləyəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti