...

Azərbaycandan dəmir yolu nəqliyyatı ilə sərnişindaşımaları artıb

İqtisadiyyat Materials 15 Mart 2024 13:53 (UTC +04:00)
Azərbaycandan dəmir yolu nəqliyyatı ilə sərnişindaşımaları artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında 3 milyon ton yük, 1 261,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin daşınmasında isə 30,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada 363 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti